Azərbaycanda ilin əvvəlindən daşınmaz əmlakın icbari sığortası üzrə 11,4 mln. manatdan çox sığorta haqqı toplanıb

Azərbaycanda ilin əvvəlindən daşınmaz əmlakın icbari sığortası üzrə 11,4 mln. manatdan çox sığorta haqqı toplanıb
# 03 oktyabr 2014 08:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Sentyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9,7 mindən çox sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə 9 405, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 225, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 142 sığorta müqaviləsi bağlanıb.

Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 977 689 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 18 690 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 31 814 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 48,5% və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 14,21% artım müşahidə edilib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 75,70%-i yaşayış evləri və mənzillər, 0,44%-i inzibati binalar, 23,86%-i digər daşınmaz əmlakla bağlı olub. İcbari qaydada sığortalanmış yaşayış evləri və mənzillərin rayonlar üzrə bölgüsü aşağıdakı kimi olub:

Ümumilikdə 2014-cü ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 112 888 sığorta müqaviləsi bağlanılıb ki, bu sığorta müqavilələri üzrə sığorta haqları 11 404 695 manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası üzrə ən çox bağlanılan sığorta müqavilələri Bakı, Sumqayıt, Gəncə, Astara, Salyan və Ağsatafa şəhər və rayonları üzrə

üzrə qeydə alınıb.

Rayonlar

Sığorta müqavilələrin sayı

(ədəd)

1

Bakı

31 965

2

Sumqayıt

7 461

3

Gəncə

6 569

4

Astara

3 285

5

Salyan

3 045

6

Ağsatafa

2 615

Ən az bağlanılan sığorta müqavilələri isə Naftalan, Cəbrayıl, Xızı, Siyəzən, Qobustan və Qax şəhər və rayonları üzrə müşahidə edilib:

Rayonlar

Sığorta müqavilələrin sayı

(ədəd)

1

Qax

383

2

Qobustan

313

3

Siyəzən

298

4

Xızı

110

5

Cəbrayıl

93

6

Naftalan

72

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR