Masazır qəsəbəsindəki sürüşmə zonasında gərginlik davam edir

Masazır qəsəbəsindəki sürüşmə zonasında gərginlik davam edir
# 11 aprel 2013 08:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakının Masazır qəsəbəsindəki sürüşmə zonasında gərginlik davam edir. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib.

O bildirib ki, ərazidə sürüşmə davam etsə aktivləşmə yoxdur: “Artıq ərazidə sürüşmənin qarşısını almaq üçün müvafiq tədbirlərə başlanıb. Ümid edirik ki, müəyyən müddətdən sonra görülən işlər nəticəsində ərazidə stabilləşmə gedəcək”.

B.Qaralov son günlər paytaxta yağan yağışın sürüşmə zonalarına təsiri məsələsinə də münasibət bildirib. O qeyd edib ki, yağışlar qısa müddətli və cüzi olduğundan, sürüşməyə heç bir təsir etməyib: “Digər sürüşmə zonalarında da ciddi aktivlik yoxdur və vəziyyət stabildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR