Azərbaycan prezidenti Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktorunu qəbul edib

Azərbaycan prezidenti Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktorunu qəbul edib
# 25 fevral 2013 14:06 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev fevralın 25-də Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralini qəbul edib.

APA-Economics”in Azərbaycanın ilk süni peykinin orbitə buraxılması münasibətilə dövlət başçısını təbrik edən H. Kerali bunun çox böyük hadisə olduğunu vurğulayıb. H. Kerali Azərbaycanda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətə başlamasını da yüksək qiymətləndirib.

Prezident İ. Əliyev informasiya-kommunikasiya texnologiyaları və eləcə də vətəndaşlara nümunəvi sosial xidmət göstərilməsi sahələrində ölkəmizdə görülən işlərin ardıcıl olaraq həyata keçiriləcəyini bildirib.

Görüşdə Dünya Bankı ilə Azərbaycanda, xüsusilə regionlarda həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR