Professor İlbər Ortaylı: “O coğrafiyaya İran adını səlçuqlar verib”

Professor İlbər Ortaylı: “O coğrafiyaya İran adını səlçuqlar verib”
# 04 mart 2013 09:03 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyənin məşhur tarixçisi, professor İlbər Ortaylı Türk Dünyası Araşdırmaları Vəqfinin toplantısında “Türk dünyasının problemləri” mövzusunda çıxış edib. APA-nın xəbərinə görə, İ. Ortaylı bildirib ki, İran Azərbaycanındakı türklər həm türk, həm də fars dilini mükəmməl bilən xalqdır: “İran türkləri fövqəladə dərəcədə yüksək keyfiyyətli xalq olub həm türk, həm də fars mədəniyyətinə böyük qatqıları olan, şüuru yüksək insanlardır. İranı onlar qurublar, o torpaqlara İran adını biz vermişik, İran adı bizdən onlara keçib. İran türklüyünün bugünkü durumuna baxanda deməliyik ki, bu məmləkət bizimdir”.

Ermənistanın və xaricdəki erməni diasporunun 2015-ci ilə doğru gedən yolda Türkiyəyə qarşı böhtan kampaniyalarını gücləndirəcəyini xatırladan professor İ. Ortaylı deyib: “2015-ci ilin zəng səsləri gəlməyə başlayarkən xaricdəki yəhudi lobbisi ilə də konfliktə girmək Türkiyəyə ziyan vuracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR