Göygöldə avtomobil piyadanı vuraraq öldürüb

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb
# 01 noyabr 2014 07:33 (UTC +04:00)

Göygöl. Azər Məmmədli - APA. Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Rayon sakini Namayev Ruslan Təltif oğlu idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçmək istəyən Göygöl şəhər sakini, 1964-cü il təvəllüdlü Elxan Məmmədovu vurub. Sürücü yaralını dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR