"Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində müsabiqənin ikinci seçim turu baş tutub

"Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində müsabiqənin ikinci seçim turu baş tutub
# 18 mart 2013 13:53 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə Bakıda keçirilən "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində müsabiqənin ikinci seçim turu baş tutub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin birinci turunda fərqlənən ifaçılar, Hindistandan "Raqa" qrupu və İordaniyadan instrumental qrupu çıxış ediblər.

Bu gün axşam təşkil olunacaq konsert proqramında solo muğam ifaçılığı üzrə müsabiqənin birinci turundan keçmiş azərbaycanlı iştirakçılar "Buta" qrupu, Türkiyədən "Səda" qrupu, Mərakeşdən "Əndəlus gəncləri" qrupu, İrandan "Naghish" qrupu çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR