Bakı. Ramiz Mikayıloğlu - APA. “Təəssüf ki, işğal səbəbindən Azərbaycan ərazilərinin 20 faizində bələdiyyə seçkilərini təşkil etmək, bələdiyyələr yaratmaq mümkün olmur. 1 milyondan çox qaçqın və məcburi köçkün bu sahədə hüquqlarını həyata keçirə bilmir”.
APA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (
Azərbaycanda seçkilərin demokratik keçirilməsi üçün hər cür şərait yaradıldığını bildirən N.Məmmədov qeyd edib ki, qanunvericiliyə görə, yerli icra hakimiyyəti orqanları seçkiqabağı təşviqat və təbliğat üçün şərait yaratmalıdır: “Bunun üçün yerli icra hakimiyyəti orqanları qapalı və açıq yerlər müəyyən etməli, təşviqat materiallarının vurulması üçün yerlər müəyyənləşdirməlidir. Azərbaycanda seçki komissiyaları və yerli icra hakimiyyəti orqanları arasında mükəmməl əməkdaşlıq qurulub. Seçkidə bu və ya digər pozuntunun olması istisna deyil. Məqsəd pozuntuların aradılması və sayının azaldılmasına nail olmaqdır”.
Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Teymur Məlikaslanov bildirib ki, Avropa Şurasının Venesiya Komissiyası Ukraynada parlament seçkiləri ilə bağlı tövsiyələr verib, 2015-ci ildə bu sahədə işlər davam etdiriləcək. Məqsəd təkmil Seçki Məcəlləsinin yaradılmasıdır. Onun sözlərinə görə, Gürcüstanda seçki dairələri arasında əhalinin qeyri-bərabər bölünməsi problemi qalmaqdadır: “Azərbaycana gəlincə, daim seçkilərə müşahidəçilər dəvət olunur. Azərbaycanın Seçki Məcəlləsi Venesiya Komissiyasının tövsiyələri əsasında əsaslanıb. Seçkilər dönəmində Venesiya Komissiyası və MSK təlimlər təşkil edib. Venesiya Komissiyası şikayətlər üzrə təlimatın hazırlanmasında iştirak edib və 2013-cü ildə bu təlimat qəbul olunub. Venesiya Komissiyasının Azərbaycanda bağlı sonuncu rəyi 2004-cü ildə olub. Venesiya Komissiyası Azərbaycanla əməkdaşlığı genişləndirməlidir”.
Bununla da tədbir başa çatıb.