Avropa Xalqları Partiyasının Gənclər Təşkilatı Qarabağ münaqişəsi haqqında Avropa Birliyinə üzv dövlətlərə müraciət edib

Avropa Xalqları Partiyasının Gənclər Təşkilatı Qarabağ münaqişəsi haqqında Avropa Birliyinə üzv dövlətlərə müraciət edib
# 13 fevral 2013 09:52 (UTC +04:00)

YEPP-nin qətnaməsində Avropa İttifaqına üzv dövlətlərə çağırış da ifadə edilib. Qətnamədə deyilir ki, Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarının işğalına son qoyması üçün Ermənistan hökumətinə müraciət edilməlidir: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, onun sərhədlərinin toxunulmazlığı və əhalisinin sərhəd regionlarında yaşamasının təhlükəsizliyi gecikdirilmədən tam təmin olunmalıdır. Təəssüf ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar bu vaxta qədər uğurlu olmayıb. Buna görə də təxirə salınmadan, Azərbaycanın beynəlxalq hüquqa əsasən legitim ərazisinin bütövlüyünün təmin edilməsinə olan tələbləri yerinə yetirilməlidir”.

Qeyd edək ki, YEPP Avropa Xalqları Partiyasının (EPP) rəsmi gənclər təşkilatı olmaqla bərabər Avropanın 39 ölkəsindən 57 sağ-mərkəzçı siyasi gənclər təşkilatlarını bir arada birləşdirən qurumdur. 1997-ci ildə təsis olunmuş YEPP inkişaf edərək Avropanın ən böyük siyasi gənclər təşkilatına çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR