Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Vaşinqtona səfəri çərçivəsində ABŞ-la Ukrayna müharibəsinin sonlandırılması ilə bağlı konstruktiv danışıqlar aparıb.
“Reuters” bu barədə ABŞ rəsmisinə istinadən xəbər yayıb.
Bildirilib ki, danışıqlar müharibədən sonrakı dövrdə ABŞ-Rusiya enerji təşəbbüslərini də əhatə edib.
Qeyd edək ki, ötən həftə Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp müharibənin sonlandırılmasını müzakirə ediblər.