BDU ilə Ankara Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

BDU ilə Ankara Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
# 02 aprel 2013 16:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin rektoru, professor Erkan İbişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. APA-nın xəbərinə görə, görüşdə BDU ilə Ankara Universiteti arasında Mövlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu proqram Avropa Birliyinin Erasmus-Mundus proqramına analoji olaraq Türkiyə Cümhuriyyəti tərəfindən təsis edilmiş proqramdır və təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqat işlərinin aparılmasını maliyyələşdirmək üçün nəzərdə tutulub.

Görüşdə, həmçinin ötən müddət ərzində əldə olunan təcrübəni əsas götürərək Bakı Dövlət və Ankara universitetləri arasında hüquq elminin davamlı inkişaf etdirilməsinin, hüquqşünas kadrların hazırlıq səviyyəsinin daha da artırılmasının təmin edilməsi istiqamətində ikili diplomların verilməsi məqsədilə imzalanmış müqaviləyə yenidən baxılaraq müvafiq dəyişikliklər barədə də müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR