Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 Noyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 Noyabr - <span style="color: red;">VİDEO
# 14 noyabr 2015 17:01 (UTC +04:00)

Günün şərhi

İŞİD-in İraqdan fərqli olaraq, daha çox ərazi zəbt etdiyi və daha fəal olduğu Suriyada hazırda Rusiya tərəfindən zərbələr aldığı bir vaxtda bu terror aktını niyə adı çəkilən ölkənin paytaxtı da olmasa, hansısa şəhərində yox, məhz Parisdə törətməsi maraqlıdır... Ortaya suallar çıxır... Bəlkə Paris haqqında deyilən "qapıları açıq şəhər" ifadəsi gerçəkdir...? Və yaxud Rusiya şəhərləri İŞİD təhlükəsindən daha çox qorunur...? Bəlkə Rusiyanın Suriyada belə aktiv olmasını həzm edə bilməyən Qərb bunu özü təşkil edib...? Və ya buna göz yumub, görməzlikdən gəlib...? Axı İŞİD-i bəzən Qərbin layihəsi adlandırırlar...? Bəlkə Avropa artıq qaçqın, miqrant qəbul etməkdən bezib, çatdırmır, bu axını dayandırmaq üçün bəhanə gəzir...? Suallar, ehtimallar çox ola bilər... Amma Almaniya və Britaniya kimi qitə dövlətlərinin Türkiyənin miqrant axınının qarşısını alması üçün kisələrinin ağzını açması hələlik son versiyanın daha real olduğuna dəlalət edir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR