AMEA-da "Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO

AMEA-da "Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib - <span style="color: red;">FOTO
# 15 iyul 2015 09:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib.

APA-nın məlumatına görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, AMEA-nın fəaliyyət göstərdiyi 70 il ərzində onun mətbuatla əlaqələri o qədər də böyük olmayıb. Akademiya prezidentinin sözlərinə görə, qurumla KİV arasında əlaqələr yaradılsa da, bu, yenə də qənaətbəxş deyil.

A.Əlizadə qeyd edib ki, son zamanlar akademiyada bir sıra islahatlar keçirilib ki, KiV bu islahatları, eləcə də AMEA-da keçirilən seçkiləri, Elm Festivalını yaxşı işıqlandırıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov elm müəssisələri və mətbuat arasında qurulan münasibətlərdən danışıb. Ə. Amaşov mətbuat xidmətləri arasında aparılan monitorinqlərin nəticələrini əsas gətirərək, AMEA-nın mətbuat xidmətinin fəalliyyətini müsbət qiymətləndirib.

Jurnalistikada elmi jurnalistikanın böyük rol oynadığını bildirən şura sədri Azərbaycanda elmdən yazan jurnalistlərin sayının az olduğunu vurğulayıb.

Tədbirin sonunda media orqanlarına AMEA-nın diplomları təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR