Ötən il 303 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün müraciət edib

Ötən il 303 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün müraciət edib
# 06 mart 2013 12:33 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Ötən il 303 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün müraciət edib. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2012-ci il üçün parlamentə təqdim etdiyi hesabatda qeyd edilib.

Hesabata görə, il ərzində Azərbaycan vətəndaşlığıan qəbul, bərpa və xitam ilə əlaqədar əcnəbilərdən, vətəndaşlığı olmayan şəxslərdən və ölkə vətəndaşlarından daxil olmuş 368 müraciət araşdırılıb. Bu müraciətlərdən 303-ü vətəndaşlığa qəbul, 6-sı vətəndaşlığa bərpa, 59-u isə vətəndaşlığa xitam məsələlərinə dair olub. Əvvəlki hesabat ilindən qalan sənədlərlə birlikdə 445 nəfər barəsində toplanılmış materiallar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına təqdim edilib, 71 vəsatət isə Dövlət Miqrasiya Xidmətində araşdırılmaqdadır.

İl ərzində Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 8748 sorğu araşdırılıb. 492 sənədin araşdırılması yekunlaşmayıb, 3205 nəfərin isə Azərbaycan vətəndaşı olduğu müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR