Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda və qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Tural Cahangirov, Elçin Cavadzadə və Rəsul Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R. Ələkbərov və Elçin Cavadzadə barəsində islah işləri seçilib. T. Cahangirov barəsində isə 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.
müğənni İzzət Bağırovun sürücüsü
Qeyd edək ki, ötən ilin yayında paytaxt sakini Novruz Aslanlının restoranda təşkil etdiyi şənlik zamanı qonaqlardan biri ilə müğənni İ.Bağırov arasında mübahisə yarandığı bildirilir. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Müğənni buna etiraz əlaməti olaraq mərasimi yarımçıq tərk edib. Bu isə mərasimin təşkilatçısının narazılığına səbəb olub.
N.Aslanlı və qohumları ilə İ.Bağırovun sürücüsü Elçin Cavadzadə, habelə restoranın əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı N.Aslanlının başına küt alətlə zərbə endirilib.
Hadisəni törədən şəxslər saxlanılıb.