Şahmar Mövsümov Belçika baş nazirinin müavini ilə görüşüb

Şahmar Mövsümov Belçika baş nazirinin müavini ilə görüşüb
# 30 aprel 2015 06:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığı baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mövsümov fondun fəaliyyəti, vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, fond tərəfindən maliyyələşdirilən layihələr barədə qonaqlara ətraflı məlumat verib.

Görüş zamanı tərəflər həmçinin Azərbaycan və Belçika arasında sərmayə qoyuluşları və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Ş. Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR