Azərbaycanda peşə liseylərinin buraxılış imtahanları da TQDK tərəfindən keçiriləcək 

Azərbaycanda peşə liseylərinin buraxılış imtahanları da TQDK tərəfindən keçiriləcək 
# 15 fevral 2013 10:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ildən etibarən Azərbaycanda peşə liseylərinin buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçiriləcək. APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. TQDK sədri qeyd edib ki, ötən il buraxılış imtahanları Təhsil Nazirliyi tərəfindən aparılıb. Onun sözlərinə görə, bu ildən isə həm IX, həm də XI illik bazadan peşə liseylərində buraxılış imtahanlarını komissiya tərəfindən aparılacaq: “Bu buraxılış imtahanları orta məktəblərin buraxılış imtahanları ilə müqayisədə daha tez keçiriləcək. Peşə liseylərinin buraxılış imtahanlarının tez keçirilməsi həqiqi hərbi xidmətə çağırışla əlaqədardır. Çünki peşə liseylərinin məzunları aprelin 1-dən hərbi qulluğa çağırırlar”.

TQDK sədri qeyd edib ki, bu ildən “Tələbə-Məzun” Dövlət Elektron Sisteminə peşə liseyləri ilə də bağlı məlumatlar yerləşdiriləcək. Onun sözlərinə görə, ancaq hazırda bazanın doldurulması ilə bağlı müəyyən problemlər var. Peşə liseylərinin rəhbərləri müvafiq məlumatları TQDK nə qədər tez təqdim etsələr, onların buraxılış imtahanlarını vaxtında keçirmək mümkün olsun. Komissiya sədri vurğulayıb ki, peşə liseylərinə buraxılış imtahanları martın 17-də təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR