Ədliyyə naziri Fikrət Məmmədov Xaçmazda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fikrət Məmmədov Xaçmazda vətəndaşları qəbul edəcək
# 20 aprel 2013 07:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Aprelin 25-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Xaçmaz şəhərində (Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları) ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı vətəndaşların qəbulu həyata keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar Ədliyyə Nazirliyinin [email protected] elektron poçt ünvanı, 539-75-39 (2104), 055-925-37-41 nömrəli telefonları, habelə Xaçmaz regional ədliyyə şöbəsi (telefonu: (02332) 5-18-88; 050-679-37-06; Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, 10a) vasitəsilə qəbula yazıla bilərlər.

Vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı da yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR