Milli Azərbaycan Tarixi Muzeyində Hacı Zeynalabdin Tağıyev klubu yaradılır

Milli Azərbaycan Tarixi Muzeyində Hacı Zeynalabdin Tağıyev klubu yaradılır
# 04 fevral 2013 10:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Hacı Zeynalabdin Tağıyev klubu yaradılır. AMEA-dan APA-ya verilən xəbərə görə, XIX əsrin sonları, XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı və fəaliyyəti barədə uşaqlara, gənclərə geniş məlumat vermək baxımından Milli Azərbaycan Tarixi Muzeyində Hacı Zeynalabdin Tağıyevin klubunu təşkil etmək məqsədəuyğun sayılıb. Klubda orta məktəb şagirdlərinin və ali məktəb tələbələrinin iştirakı vacib sayılıb. Onlar Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti ilə tanış olacaqlar. Xeyriyyəçiyə məxsus geyim əşyaları, onun hansı şəhərlərdə xeyriyyəçilik işləri ilə məşğul olduğu geniş izah ediləcək. Qeyd olunub ki, Hacı Zeynalabdin Tağıyevə hörmət bəsləyən bütün şəxslər klubun üzvü ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR