Zahid İsayev: "Rouminq xidmətlərinin dəyərinin aşağı salınması ilə bağlı danışıqlar aparılır"

Zahid İsayev: "Rouminq xidmətlərinin dəyərinin aşağı salınması ilə bağlı danışıqlar aparılır"
# 13 mart 2015 10:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda mobil rouminq xidmətlərinin dəyərinin aşağı salınması ilə bağlı danışıqlar aparılır.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib.

Onun sözlərinə görə, rouminq xidmətlərinin dəyəri qarşı ölkənin mobil operatorunun göstərdiyi xidmətlə razılaşdırmaqla müəyyən olunur: “Bu sahədə mobil operatorlar tərəfindən həmin rouminq xidmətlərinin dəyərinin aşağı salınması ilə bağlı danışıqlar aparılır və tədbirlər görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR