Bakıda genişmiqyaslı tədbirlər zamanı fövqəladə halların idarə olunmasına dair seminar keçirilir - FOTOSESSİYA - APA TV

Bakıda genişmiqyaslı tədbirlər zamanı fövqəladə halların idarə olunmasına dair seminar keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">APA TV
# 08 aprel 2013 07:52 (UTC +04:00)

APA-nın xəbərinə görə, tədbiri açıq elan edən Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib ki, son illər zəlzələ və vulkanlar kimi təbii fəlakətlərin sayı artır: “Bu səbəbdə seminar xüsusi əhəmiyyət daşıyır”.

Onun sözlərinə görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) fövqəladə halların idarə olunması və onun nəticələrinin minimuma endirilməsi üçün qabaqcıl təcrübəni, o cümlədən Fransanın təcrübəsini öyrənməkdə maraqlıdır.

Öz növbəsində Fransanın Azərbaycandakı səfiri Paskal Monye qeyd edib ki, Azərbaycan regionun stabilliyinin təmin olunmasında mühüm rol oynayır: “Biz Azərbaycanı sabitlik və demokratiyanın inkişafı yolunda daha da irəliləyən görmək istəyirik”. Son üç ildə Bakının inanılmaz dərəcədə dəyişdiyini deyən səfir regionlarda turizmin aktiv inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, təhlükəsizlik sahəsində görüləsi işlər də var: “Azərbaycanla Fransa arasındakı dostluq münasibətləri daha da inkişaf edə bilər. Fövqəladə hallarla mübarizə sahəsində şirkətlər arasındakı əməkdaşlıq və Fransa şirkətlərinin təcrübəsi çox faydalı ola bilər”.

Daha sonra Azərbaycan FHN-in fəaliyyətini əks etdirən videorolik nümayiş etdirilib. Fransanın Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçisi Floren Valle kütlənin idarə olunması və mülki müdafiə sahəsindəki təcrübələrini seminar iştirakçıları ilə bölüşüblər. Azərbaycan FHN-in təmsilçisi Qüdrət Ağayev “Fövqəladə hallar zamanı idarəetmənin təşkili” mövzusunda məruzə edib.

Qeyd edək ki, seminarda Fransanın UTILIS, “Renault Trucks”, EADS, EUROPTER, “Thales” və IVECO şirkətləri təqdimatlarla çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR