Paşha Bank
Bank Of Baku

Meksika turistlərdən 9 dollar vergi alacaq

Meksika turistlərdən 9 dollar vergi alacaq
# 15 oktyabr 2026 22:57 (UTC +04:00)

Meksika hökuməti ölkəyə gələn xarici turistlər üçün 175 peso, təxminən 9 dollar məbləğində yeni vergi müəyyən edib.

APA xəbər verir ki, bu barədə ölkənin turizm naziri Xosefina Rodriges Samora Prezident Klaudiya Şeynbaumun mətbuat konfransına videobağlantı vasitəsilə qoşularaq məlumat verib.

Nazirin sözlərinə görə, yeni rüsum ilkin təklif edilən məbləğin yarısı qədərdir.

Toplanan vəsait Milli Miqrasiya İnstitutuna yönəldiləcək və sərhəd-keçid məntəqələrinin modernləşdirilməsinə sərf olunacaq.

Samora bildirib ki, xüsusilə hava limanlarında miqrasiya prosedurlarının avtomatlaşdırılması və köhnəlmiş avadanlıqların yenilənməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, yeniliklər turistlərin sərhəddən daha sürətli keçməsinə, növbələrin azalmasına və ölkəyə giriş-çıxışa nəzarətin gücləndirilməsinə imkan yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR