Bank Of Baku

Melaniya Tramp Rusiya və Ukrayna ilə bağlı humanitar fəaliyyətini davam etdirdiyini bildirib

Melaniya Tramp Rusiya və Ukrayna ilə bağlı humanitar fəaliyyətini davam etdirdiyini bildirib
# 28 noyabr 2026 08:36 (UTC +04:00)

ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna ilə bağlı humanitar fəaliyyətini davam etdirdiyini bildirib.

APA xəbər verir ki, o, bu barədə öz “X” hesabındakı paylaşımında məlumat verib.

Melaniya Tramp hər bir uşağın valideynləri ilə qovuşmasının dünyanı hamı üçün daha yaxşı etməyə bir addım yaxınlaşdırdığını qeyd edərək ailələrin birləşdirilməsi istiqamətində işləri davam etdirmək niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, Melaniya Tramp noyabrın 20-də “Fox News”a müsahibəsində Milad bayramına qədər Rusiya və Ukrayna arasında yeni atəşkəs razılaşmasının əldə olunacağına ümid etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR