BQXK-nin Azərbaycan nümayəndəliyi “APA Holding” əməkdaşları üçün seminar keçirib - FOTO - VİDEO

BQXK-nin Azərbaycan nümayəndəliyi “APA Holding” əməkdaşları üçün seminar keçirib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2015 15:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi tərəfindən “APA Holding”in əməkdaşları üçün “Beynəlxalq Humanitar Hüquq və Silahlı Münaqişələr Zamanı Jurnalistlərin Qorunması” mövzusunda seminar keçirilib.

APA-nın məlumatına görə, BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Denis Duran və BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova tərəfindən keçirilən seminarda silahlı qarşıdurmaların və döyüş əməliyyatlarının baş verdiyi ərazilərdə jurnalistlərin fəaliyyəti, əsir düşdükləri və ya yaralandıqları vaxt onların nələr etməli olduqları barədə məlumatlar verilib. Tədbirdə bu qurumun Azərbaycanda fəaliyyəti haqda, iş prinsipləri barədə və dünya miqyasında tətbiq olunan Beynəlxalq Humanitar Hüququn münaqişə zonalarında tətbiq olunması qaydalarından bəhs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR