Gəncədə qadına xəsarət yetirərək evdən oğurluq edən şəxs tutulub

Gəncədə qadına xəsarət yetirərək evdən oğurluq edən şəxs tutulub
# 26 fevral 2013 10:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Gəncədə qadına xəsarət yetirərək evdən oğurluq edən şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 25-də Gəncə şəhər sakini Təhminə Quliyevanın həyətinə girən naməlum şəxs onu döyüb və bıçaqla boğaz nahiyəsinə yüngül xəsarət yetirib. Daha sonra o içərisində idman dəsti olan çantanı və 2 cüt ayaqqabını götürərək qaçıb. Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən “Sevinc” qəsəbə sakini Rövşən Qurbanov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR