Lerikdə qanvermə aksiyası keçirilib - FOTO

Lerikdə qanvermə aksiyası keçirilib  - <span style="color: red;">FOTO
# 28 aprel 2013 16:01 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. Heydər Əliyev Fondunun və Səhiyyə Nazirliyinin dəstəyi, Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lerik Mərkəzi Rayon Xəstəxanasında (MRX) ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 90 illik yubileylərinə həsr olunmuş qanvermə aksiyası keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, xeyriyyə tədbiri zamanı Mərkəzi Qan Bankının mütəxəssislərindən ibarət həkim briqadası tərəfindən 165 nəfər rayon sakinindən qan götürülüb.

Lerik MRX-nın baş həkimi Mübariz Ağayev deyib ki, aksiyanın məqsədi toplanan qanın talassemiyalı, hemofiliyalı xəstələrin, doğuş zamanı çoxlu qan itirən hamilə qadınların, eləcə də bədbəxt hadisələr zamanı ehtiyacı olan xəstələrin müalicəsinə sərf edilməsindən ibarətdir.

Lerikdə əldə olunan qan ehtiyatı Bakıda müayinə olunduqdan sonra Mərkəzi Qan Bankına təhvil veriləcək

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR