Zaqatalada maşın yanıb

Zaqatalada maşın yanıb
# 15 noyabr 2014 06:42 (UTC +04:00)

Bakı – APA. Zaqatalada yanğın olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın rayonun Yuxarı Tala kəndində vətəndaşa məxsus, ümumi sahəsi 175 kv.m olan köməkçi tikilidə baş verib.

Hadisə nəticəsində tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində dayanmış “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR