Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Mərkəzi Haupvaxtında monitorinq keçiriblər.
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan hərbi qulluqçularla görüşüblər: “Dörd nəfər şəxs saxlanılır. Onlarla görüşdük. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur”.