Azərbaycanda çətin vəziyyətdə olan 10 minə yaxın uşaq ev şəraitində təhsil alır

Azərbaycanda çətin vəziyyətdə olan 10 minə yaxın uşaq ev şəraitində təhsil alır
# 10 aprel 2013 09:13 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, çətin vəziyyətdə olan xəstə uşaqlara xüsusi diqqət yetirmək lazımdır. Nazirin sözlərinə görə, bu gün ölkədə həyat keçirilən “Uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı“nın əsas mahiyyəti ondan ibarətdir ki, xəstə uşaqların dövlət müəssisələrinə getməsinin qarşısı alınsın: “Biz onlara ev şəraitində lazımi xidmətlər göstərməliyik ki, onlar ailələrindən ayrılmasınlar. Bunun üçün də nazirlik tərəfindən müvafiq işlər görülür və gələcəkdə bu işlər sayəsində bu sahə daha da inkişaf edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR