Azərbaycanda bank əmanətlərinin həcmi 5 mlrd. manatı keçib

Azərbaycanda bank əmanətlərinin həcmi 5 mlrd. manatı keçib
# 08 fevral 2013 12:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilən əmanətlərin ümumi həcmi 2013-cü il yanvarın 1-nə 5 113,4 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin yanvarın 1-nə nisbətən 993,6 mln. manat və ya 24,1% çoxdur. «APA-Economics»in xəbər verdiyi kimi, bu, Azərbaycan Mərkəzi Bankının məlumatında göstərilir.

Müqayisə üçün bildirək ki, 2011-ci ildə banklardakı əmanətlərin həcmi 1 090 mln. manat və ya 36,0%, 2010-cu ildə 694,9 mln. manat və ya 29,8% artıb.

Qeyd edək ki, bank əmanətlərinin dinamikası bank sistemini xarakterizə edən əsas göstəricilərdən biridir və əhali tərəfindən banklara etibarlılıq səviyyəsini göstərir və bankların ən azı ortamüddətli perspektivlərini qiymətləndirilməsi üçün vacibdir. Bundan əlavə, makroiqtisadi baxımdan bank əmanətləri üzrə göstəricilər əhalinin yığım qabiliyyətini əks etdirir. Azərbaycanda son illər ərzində bank əmanətləri üzrə 25-35%-lik artım tempi müşahidə olunur ki, bu da yüksək göstərici hesab oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR