Robert Prosineçki AFFA ilə danışıqlara gəlib

Robert Prosineçki AFFA ilə danışıqlara gəlib
# 24 noyabr 2014 07:44 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizədlərdən biri olan Robert Prosineçki Bakıya gəlib. Apasport.az saytının xəbərinə görə, xorvatiyalı mütəxəssis bu gün Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Dalğa Arena”da keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasını izləyəcək.

O, ölkəmizin futbol təsərrüfatı ilə tanış olduqdan sonra AFFA rəhbərliyi ilə danışıqların növbəti mərhələsinə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR