DQMM Nümayəndələr Palatasının tərkibi genişləndiriləcək

DQMM Nümayəndələr Palatasının tərkibi genişləndiriləcək
# 30 aprel 2013 10:50 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) Nümayəndələr Palatasının (NP) tərkibinin genişləndirilməsi barədə müzakirələr aparılıb. Bu barədə APA-ya DQMM üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

Ə. Oruc bildirib ki, DQMM-nin bu gün keçirilən iclasında Nümayəndələr Palatasının tərkibinin genişləndirilməsi ilə bağlı məsələlərə baxılıb. Konkret namizədlər də Məşvərət Məclisinə tövsiyə olunub.

DQMM üzvü Nümayəndələr Palatasının iclasının mayın 26-da keçiriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR