Heydər Əliyev Fondu uşaqlar üçün şənlik təşkil edib

Heydər Əliyev Fondu uşaqlar üçün şənlik təşkil edib
# 13 noyabr 2015 21:38 (UTC +04:00)

Bakı-APA. Noyabrın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün şənlik təşkil olunub.

Fonddan APA-ya verilən məlumata görə, Bakının əyləncə mərkəzlərindən birində təşkil edilən şənliyə balacalar onlar üçün xüsusi ayrılmış avtobuslarla gəlib. Budəfəki şənlikdə Bakı şəhərindəki müxtəlif uşaq evlərindən və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzindən uşaqlar iştirak ediblər.

Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən aksiyada balacalar müxtəlif maraqlı attraksionlarda əyləniblər, oyunlarda iştirak ediblər, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət aparıblar. Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirdə müxtəlif uşaq evlərinin sakinlərinin birgə nahar etmələri onlar üçün həm də bu şənlikdən aldıqları təəssüratları bölüşmək imkanı yaradıb.

Şənliyin sonunda 200-dək uşağa Heydər Əliyev Fondunun hədiyyələri verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR