ANAMA: Oktyabr ayında 80 partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina və 15 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib

ANAMA: Oktyabr ayında 80 partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina və 15 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib
# 07 noyabr 2014 08:05 (UTC +04:00)

ANAMA-dan APA-ya verilən xəbərə görə, 80 PHS, 11 ədəd piyada əleyhinə mina və 15 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran itdən istifadə olunur.

İndiyədək cəmi 272,649,223 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690,787-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Qazax, Xocavənd, Şəmkir, Tərtər eyni zamanda Bakı şəhərinin, Qaradağ rayonu Səngəçal qəsəbəsində davam etdirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR