Azərbaycanı Çempionlar Liqasında 3 komanda təmsil edəcək

Azərbaycanı Çempionlar Liqasında 3 komanda təmsil edəcək
# 01 iyun 2015 22:18 (UTC +04:00)

Bakı-APA. Qadın voleybolçular arasında Çempionlar Liqasının 2015/2016 mövsümündə iştirak edəcək komandaların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan 1 illik fasilədən sonra qitənin ən nüfuzlu klub turnirinə 3 komanda ilə qatılacaq.

Belə ki, Avropa Voleybol Konfederasiyası (CEV) Super Liqanın çempionu “Telekom” (Rabitə) və gümüş medalçısı “Lokomotiv”lə yanaşı, “Azərreyl”in (Azəryol) də Çempionlar Liqasında oynamaq istəyinə müsbət cavab verib. Əgər ölkə çempionatının finalçıları reqlamentə uyğun bu yarışda iştirak hüququ əldə ediblərsə, “dəmiryolçular” “wild card”la istəklərinə nail olublar. Bakı klubundan əlavə, “Pyaçentsa” və “İmpel” də “güzəştli kart”la Çempionlar Liqasında çıxış edəcək.

Turnirdə ən çox – 3 komanda ilə 5 ölkə mübarizə aparacaq ki, onlardan da 1-i Azərbaycandır. Ölkəmiz kimi Çempionlar Liqasında Rusiya, İtaliya, Polşa və Türkiyə ən çox klubla təmsil olunacaq. Ümumilikdə isə 12 çempionatın 24 komandası yarışda çıxış edəcək.

Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin püşkü iyulun 2-də atılacaq. Avstriyanın paytaxtı Vyanada baş tutacaq tədbirdə həm kişi, həm qadın komandaların rəqibləri müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR