Azərbaycanın mobil rabitə operatorları yanvarda gəlirlərini 9% artırıb

Azərbaycanın mobil rabitə operatorları yanvarda gəlirlərini 9% artırıb
# 25 fevral 2013 07:34 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları 69 mln. manata yaxın gəlir əldə edib.


Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında Azərbaycanın informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 116,3 mln. manatlıq və ya əvvəlki ilin müvafiq ayına nisbətən müqayisəli qiymətlərlə 13,6% çox xidmət göstərilib. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,1% təşkil edib.


«Xidmətlərdən əldə olunmuş gəlirlərin 59,1%-i mobil telefon rabitəsindən yaranıb və 2012-ci ilin eyni ayı ilə müqayisədə bu xidmətlərin həcmi 8,8% artaraq 68,7 mln. manat təşkil edib», - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR