Təhsil Nazirliyi yüksək bal toplayan və hazırda ucqar kənd məktəblərində çalışan müəllimlərin siyahısını açıqlayıb

Təhsil Nazirliyi yüksək bal toplayan və hazırda ucqar kənd məktəblərində çalışan müəllimlərin siyahısını açıqlayıb
# 30 sentyabr 2014 10:23 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Təhsil Nazirliyi yüksək bal toplayan və hazırda ucqar kənd məktəblərində çalışan müəllimlərin siyahısını açıqlayıb.


Nazirlikdən APA-ya verilən məlumata görə, siyahıda 14 müəllimin adı qeyd olunub. Həmin müəllimlər Azərbaycanın müxtəlif bölgələrində (ucqar kənd məktəblərində) pedaqoji fəaliyyətlə məşğuldurlar.

Nazirlik həmin müəllimlərin çalışdıqları 14 rayonun da adını açıqlayıb. Bunlar Göyçay, İmişli, Lənkəran, Masallı, Neftçala, Qobustan, Qəbələ, Sabirabad, Salyan, Şəki, Şəmkir və Tovuz rayonlarıdır. Qeyd olunub ki, yüksək bal toplayan müəllimlər ölkənin bütün regionlarında işlə təmin ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR