Azərbaycanın iri turizm şirkətlərindən birinin əməkdaşları bir neçə aydır maaşlarını ala bilmir

Azərbaycanın iri turizm şirkətlərindən birinin əməkdaşları bir neçə aydır maaşlarını ala bilmir
# 19 noyabr 2015 09:09 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın iri turizm şirkətlərindən biri olan “PAŞA Travel” işçilərinə əmək haqlarının verilməsini dayandırıb.

APA-Economics”in xəbərinə görə, şirkətin əməkdaşları artıq bir neçə aydır ki maaşlarını ala bilmirlər.

“Şirkətdən bununla bağlı heç bir izah verilmir. Yalnız bildirilir ki, yaxın vaxtlarda əmək haqları veriləcək”, - deyə şirkətin əməkdaşlarından biri bildirib.

Şirkətin mövqeyini öyrənmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR