İqtisadiyyat və Sənaye Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb - FOTO

İqtisadiyyat və Sənaye Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb - <span style="color: red;">FOTO
# 11 mart 2015 15:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin və Dünya Bankının birgə təşkilatçılığı ilə Azərbaycanın sənaye parkları və rəqabətlilik mövzusunda tədbir (dəyirmi masa) keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir müavini Niyazi Səfərov qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin modernləşməsi və diversifikasiyası, sənaye məhsullarının ixracının artırılması, sənaye istehsalında regionların payının yüksəlməsi, yeni iş yerlərinin yaradılması, sənaye müəssisələrinin sənaye zonalarında cəmləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Azərbaycanda sənaye parklarının və sənaye məhəllələrinin yaradıldığını qeyd edən N. Səfərov sənaye müəssisələri yaradılarkən ən qabaqcıl texnologiyaların tətbiq edildiyini vurğulayıb, yaradılan və fəaliyyətdə olan parklar barədə məlumat verib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşenko təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıq istiqamətləri barədə danışıb, Dünya Bankı tərəfindən reallaşdırılan layihələri diqqətə çatdırıb.

L. Leşenko Azərbaycanda yaradılan sənaye parklarının ölkəmizdə sənayenin rəqabət qabiliyyətinin artırılması və sənaye potensialının gücləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Dünya Bankının özəl sektorun inkişafı üzrə aparıcı mütəxəssisi Pars Şri Tevarinin "Rəqabətlilik üçün inteqrasiya olunmuş strategiya" mövzusunda təqdimatı dinlənilib. Təqdimatda bir sıra ölkələrin, o cümlədən Sinqapur və Malaziyanın təcrübəsində sənaye parklarının ümumi iqtisadi inkişafa təsiri, rəqabətqabiliyyətli məhsul istehsalında və yeni iş yerlərinin yaradılmasında sənaye parklarının əhəmiyyəti barədə geniş məlumat verilib.

Dünya Bankının İnvestisiya siyasəti üzrə aparıcı mütəxəssisi Gökhan Akıncı isə "Sənaye Parkları və xüsusi iqtisadi zonalar: Rəqabəti sürətləndirmək üçün platforma" mövzusunda təqdimatında ölkələrin sənaye istehsalı ehtiyaclarının dəqiq təhlilinin vacibliyini vurğulayıb, sənaye klasterlərinin yaradılmasının məhsul istehsalının keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsinə təsirləri barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR