Nazir: "50 nəfərdən artıq işçisi olan işəgötürülənlər əməyin mühafizəsi üzrə kiçik bölmə yaratmalıdır"

Nazir: "50 nəfərdən artıq işçisi olan işəgötürülənlər əməyin mühafizəsi üzrə kiçik bölmə yaratmalıdır"
# 28 aprel 2015 11:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "50 nəfərdən artıq işçisi olan bütün işəgötürülənlər əməyin mühafizəsi üzrə kiçik bölmə yaratmalıdır".

"APA-Economics"in xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazirin sözlərinə görə, bu bölmələri hazırda əksər işəgötürənlər yaratmasa da, onlara hər hansı cərimə tətbiq oluna bilmir: "Buna görə də əgər qanunvericilikdə hər hansısa bir norma varsa və bu normanı kimsə yerinə yetirməli olduğu halda yerinə yetirmirsə, buna görə məsuliyyət daşınmalıdır. Bu məsuliyyətin maddi tərəfi, ölçüsü olmalıdır. Buna görə də biz nəzərdə tutmuşuq ki, həmin xidmətləri yaratmayan işəgötürənləri, vəzifəli şəxslərə 1000-2000 manat məbləğində cərimə tətbiq edək".

S. Müslümov bununla bağlı müvafiq təkliflərin artıq hazırlandığını və hökumətə təqdim olunacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR