Sabir Rüstəmxanlı: “Bu qədər qeyri-ciddi, məsuliyyətsiz yanaşma ola bilməz” - YENİLƏNİB

Sabir Rüstəmxanlı: “Bu qədər qeyri-ciddi, məsuliyyətsiz yanaşma ola bilməz” - <span style="color: red;">YENİLƏNİB
# 05 oktyabr 2015 14:21 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Tənzilə Rüstəmxanlı mən seçkilərdə iştirak etmədiyimə görə namizədliyini irəli sürmüşdü. İndi kim seçiləcəksə, canı sağ olsun”.

Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

O, “Azəri-Türk” Qadınlar Birliyinin sədri, həyat yoldaşı Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyinin qeydə alınmamasına münasibət bildirərkən, Sumqayıt şəhər rəhbərliyinin ünvanına ittihamlar səsləndirib: “ Onlar öz namizədləri olduğunu, onun seçiləcəyini deyiblər. Bu qədər qeyri-ciddi, məsuliyyətsiz yanaşma ola bilməz. Artıq imza vərəqələrini təqdim etmişdik. Ancaq 170 nəfərə tanımadan, səhvən imza verdiklərini dedizdiriblər. Əslində bir vətəndaşın beş nəfərə imza vermək hüququ var. Çağırıb deyirlər ki, deyin, səhv imza vermişik. Bu millət kimə imza verdiyini bilmir?! Əvvəl imza verir, sonra deyirlər ki, imzandan imtina et”.

S. Rüstəmxanlı qeyd edib ki, T. Rüstəmxanlı da “camaatı pis vəziyyətdə qoymamaq, Mərkəzi Seçki Komissiyasını isə əziyyətə salmamaq üçün” seçkidən imtina etməsini bəyan edib.

S. Rüstəmxanlı özü ilə bağlı məsələdən inciklik duymadığını qeyd edib: “Mən 25 il deputat olmuşam. Bu müddətdə həm ictimai təşkilatlarda, həm də Dünya Azərbaycanlıları Konqresində deputatlığın verdiyi səlahiyyətlər çərçivəsində çalışmışam. Yeni nəsillər gəlir, onlar da seçiləcəklər. Yəni, problem yoxdur, layiqli adamlar gəlirsə, seçilsinlər. Mən millətin vəkiliyəm və bu, davam edəcək. İnciklik duymuram”.

Qeyd edək ki, T. Rüstəmxanlının namizədliyi 42 saylı Sumqayıt II Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınmayıb. Belə ki, onun namizədliyinin qeydə alınması üçün 550 imza təqdim olunub, lakin 183 seçici 42 saylı Sumqayıt II DSK-ya ərizə ilə müraciət edərək aldadıldığını və T. Rüstəmxanlıya imza vermədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR