Bakı və Abşeronda sürüşmə hadisələrinə təsadüf olunmayan ərazilər açıqlanıb

Bakı və Abşeronda sürüşmə hadisələrinə təsadüf olunmayan ərazilər açıqlanıb
# 17 noyabr 2015 11:50 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Əhmədli-Günəşli sahəsində, Badamdar yaylasının yamaclarında, Hacıhəsən gölünün şimal yamacında kifayət qədər əhali yaşamadığından burada hələlik sürüşmə hadisələrinə təsadüf olunmur”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, əhali belə sahələrdə yaşayış evləri və başqa xidmət sahələri inşa etdikdə mütləq mütəxəssislərlə məsləhətləşməlidirlər.

Baş geoloq əlavə edib ki, eroziya-denudasiya proseslərin təsiri nəticəsində parçalanmış süxurların qırıntıları kollüvial mənşəli çöküntülər formasında 30-60 dərəcə mailliyi olan yamacların bəzi yerlərində 2-40 metr qalınlığında süxur toplusu, terraslar əmələ gətirirlər: “Uzun illər bu tip süxur qırıntıları atmosfer çöküntülərinin təsirindən kipləşir və vahid kütlə əmələ gətirir. Əhali də bilmədən bu tip ərazilərdə torpaq sahəsi alaraq evlər tikir, bağ salırlar. Bununla da kökü olmayan bu terrasların yüklənməsinin, atmosfer çöküntülərinin və bura əlavə olan antropogen amillərin təsirindən yamacı təşkil edən çöküntülər sürüşməyə məruz qalır”.

Ə. Piriyev qeyd edib ki, Qədim Zığ sürüşmə sahəsində yamacı təşkil edən çöküntülərin qalınlığı 20-25 metrə çatır: “Belə sahələrdə bərkitmə işləri aparmaq mümkün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR