Ağstafada avtomobil aşıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Ağstafada avtomobil aşıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
# 08 oktyabr 2014 15:23 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli - APA. Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ağstafa rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə oktyabrın 8-də saat 01.00 radələrində Ağstafa şəhərində baş verib. Şəhər sakini, 1991-ci il təvəllüdlü Mikayıl Nuriyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobil aşıb. Nəticədə onun özü və 3 sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan biri, 1930-cu il təvəllüdlü Qədir Osmanov xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR