Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bəzi qanun layihələrinə dəyişikliklər müzakirə olunub

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bəzi qanun layihələrinə dəyişikliklər müzakirə olunub
# 25 noyabr 2014 10:16 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bir sıra qanun layihələri müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, komitə sədri Arif Rəhimzadənin rəhbərliyi ilə keçirilən iclasda “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” qanunlara dəyişiklər müzakirə olunub.

A.Rəhimzadə bildirib ki, layihələr texniki dəyişiklik xarakteri daşıyır.

Sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR