Heydər Əliyev Mərkəzi rejissorlar arasında müsabiqə keçirir

Heydər Əliyev Mərkəzi rejissorlar arasında müsabiqə keçirir
# 19 mart 2013 13:22 (UTC +04:00)

Bakı-APA. Heydər Əliyev Mərkəzi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rejissorlar arasında müsabiqə elan edir. Mərkəzdən APA-ya verilən məlumata görə, müsabiqəyə Azərbaycanın tanıtım video çarxları təqdim oluna bilər.

Video çarxlar 1 aprel 2013-cü il tarixindən 30 aprel 2013-cü il tarixinədək Heydər Əliyev Mərkəzinə (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti) DVD, flash card və ya hard disklərdə təqdim olunmalıdır. Video çarxlarla yanaşı müəlliflər özləri barədə sərbəst mətndə məlumat təqdim etməlidirlər.

1-ci yerin qalibi üçün 1 ədəd peşəkar mini video kamera, 2-ci yerin qalibi üçün 1 ədəd masaüstü kompüter, 3-cü yerin qalibi üçün 1 ədəd noutbuk nəzərdə tutulub.

Müsabiqədə fərqlənən daha 20 nəfərə həvəsləndirici mükafat-mini planşet kompüter təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR