İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 97 mln. manat güzəştli kredit verilib

İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 97 mln. manat güzəştli kredit verilib
# 02 iyul 2015 10:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qəbələ rayonunun Vəndam kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, forumda 100-ə yaxın sahibkarın iştirak edib

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin birinci yarım ili ərzində 2 972 sahibkara 97 mln. manat güzəştli kredit verilib: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6 600-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il maliyyələşdirilmiş layihələrin sayı 13% artıb. Bu dövrdə güzəştli kreditlərin 86,2%-i aqrar sektorun, 13,8%-i müxtəlif sənaye və digər sahələrin inkişafına verilmişdir. Kreditlərin 73,5%-i respublikanın regionlarının payına düşür”.

Q qeyd edib ki, ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1810 investisiya layihəsinin maliyyələşdirilməsinə 93,9 mln. manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı komplekslərinin, cins iri heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 8800-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb”.

İşgüzar forum çərçivəsində Qəbələ və ətraf rayonlardan olan 52 sahibkara 693 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR