® Luks mebel brendlərinin yeni ünvanı – Delmondo!

<font color=red>® </font>  Luks mebel brendlərinin yeni ünvanı – Delmondo!
# 13 iyul 2015 12:41 (UTC +04:00)

9 iyul tarixində Məmməd Araz küç. 74 ünvanında Delmondo mebel və interyer salonunun rəsmi açılış mərasimi baş tutdu. Mərasimi dünya şöhrətli italyan dizayneri Massimo Papiri açıq elan etdi. “Azərbaycanda bu cür möhtəşəm şou rumların açılışı bizi bir tərəfdən sevindirsə də, digər tərəfdən narahat edir. Bu gedişlə sizin İtalyan memarlarına ehtiyacınız qalmayacaq” deyən məşhur dizayner öz təəccübünü gizlədə bilməmişdir. Ölkənin nüfuzlu memar və dizaynerləri fərqli interyerə malik olan salonun açılışında iştirak etmişdir. VİP və premium səviyyəli müştərilərə xidmət göstərməyə hazır olan dörd mərtəbəli mebel salonunda dünya üzrə məşhur olan Giorgetti, Capellini, Turri, B&B, Porro, Alivar və s. markalarının təkrarsız modellərini görmək mümkündür. Mariner, Faustig, La Murina Murano və Swarovski kimi şirkətlərin çıl çıraqları salonda öz alıcılarını gözləyir. Nadir ağaclardan istehsal olunan, məşhur dizaynerlərin eskizi üzrə hazırlanmış mebel dəstləri, üzəri zərif naxışlarla bəzədilmiş zərif çini qablar və çıl çıraqların bir arada olması zərafətə dəyər verən şəxslər üçün əsl tapıntıdır. Qeyd edək ki, Delmondo mağazası açılışla əlaqədar 15-31 iyul tarixlərində bütün mallara 15% endirim kampaniyası elan etmişdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR