Aktauda 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Aktauda 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTO
# 30 mart 2013 13:22 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunda Aktau şəhərində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib. Konsulluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir keçirilən zalda ermənilərin azərbaycanlılara qarşı soyqırımı əks etdirən foto sərgi, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Qarabağ həqiqətləri” və ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardığı qanlı siyasətə həsr olunmuş kitablar nümayiş etdirilib.

Tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun konsulu Elxan Zeynalov tədbiri açaraq, XX əsrin əvvəllərində ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılmış soyqırımı hadisələri ilə bağlı məlumat verib. Daha sonra, azərbaycanlı tələbələr adından Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri Aytən Məmmədova, Firuzə Nəsibova, İlkin Orucov və digərləri çıxışlar edərək, ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində xaricdə yaşayan Azərbaycanın diaspora təşkilatlarının və tələbə-gənclərin aktıvləşməsinin vacibliyini bildiriblər.

Tədbirin sonunda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi tərəfindən hazırlanmış “Bakı soyqırımı” filmi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR