Nazirlər Kabineti yanında Terminologiya Komissiyası iki lüğətin nəşrinə icazə verib

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası iki lüğətin nəşrinə icazə verib
# 26 fevral 2013 14:44 (UTC +04:00)

Bu barədə APA-ya Komissiyanın sədr müavini Sayalı Sadıqova məlumat verib. Onun sözlərinə görə, bunlar Azərbaycan-ingilis-rus dillərində olan “Avtomobil nəqliyyatı terminləri lüğəti” və Azərbaycan-ingilis dillərində olan “Kimya və neft istehsalı üzrə terminlər lüğəti”dir. Bunlar Komissiya yaranandan sonra nəşrinə icazə verilən ilk lüğətlərdir.

Hazırda Komissiyada “Loqistika terminləri lüğəti” üzərində iş gedir.

Qeyd edək ki, Azərbaycanda Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı olmadan lüğət və ensiklopediyalar nəşr oluna bilməz. Artıq bununla bağlı ölkədəki bütün ali məktəblərin, elmi tədqiqat institutlarının rəhbərlərinə və AMEA-nın institut direktorlarına xəbərdaredici məktublar hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR