Göyçayda kenquruya bənzər buzov doğulub - FOTOSESSİYA

Göyçayda kenquruya bənzər buzov doğulub  - <span style="color: red;">FOTOSESSİYA
# 09 mart 2013 18:46 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda qeyri-adi görünüşə malik buzov doğulub. APA-nın məlumatına görə, maraqlı təbiət hadisəsi rayonun Mırtı kənd sakini Zamiq Hacıyevin mal-qara təsərrüfatında qeydə alınıb. Yeni doğulan buzov kenquruya bənzəyir. Təsərrüfat sahibinin sözlərinə görə, hər ildə bir dəfə normal bala verən inək bu dəfə maraqlı doğuş edib. Belə ki, 14 dəfə normal şəkildə bala vermiş inəyin yeni balasının qabaq ayaqları çox gödəkdir.

Kenquru kimi hərəkət edən buzov normal qaydada qidalanır. Lakin, o hələ çox kiçik olduğu üçün özünü çətinliklə idarə edir. Kənd sakinləri ilk dəfədir ki, belə bir buzov gördüklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR