Ötən ay Azərbaycanda 822 partlamamış hərbi sursat, 15 ədəd tank və 3 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib

Ötən ay Azərbaycanda 822 partlamamış hərbi sursat, 15 ədəd tank və 3 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib
# 02 aprel 2013 08:01 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Əməliyyatlar zamanı 822 PHS, 15 ədəd tank və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Ötən ay ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Mart ayında həyata keçirilmiş əməliyyatlarda 484 minaaxtaran mütəxəssis, 118 nəfərlik yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

Ümumilikdə indiyədək ANAMA tərəfindən 220 458 894 kvadrat metr ərazi təmizlənib, 679 435 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Bərdə, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR